• cümə axşamı, 25 aprel, 13:18
  • Baku Bakı 23°C

100-dək ailə üçün kiçik təsərrüfatlar yaradılıb

04.12.18 16:00 585
100-dək ailə  üçün kiçik təsərrüfatlar yaradılıb
Sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların ailələrinin dəstəklənməsi tədbirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramı çərçivəsində də davam etdirilir.
Belə ki, proqrama cəlb olunmaq üçün müraciət edənlər arasında digər həssas qruplara (əlilliyi olanlar, şəhid ailəsi üzvləri, məcburi köçkünlər və b.) aid vətəndaşlarla yanaşı, sağlamlıq imkanları məhdud uşaqları olan valideynlərə də üstünlük verilir. 2018-ci ildə proqrama cəlb olunanlardan bir hissəsini də məhz bu kateqoriyalardan olan şəxslər təşkil edib.
Digər proqram iştirakçıları kimi onların da proqram çərçivəsində mal və materiallarla təminatı həyata keçirilir. Proqrama cəlb olunmuş və sağlamlıq imkanları məhdud uşaqları olan 100-dək ailənin verilmiş mal və materiallar hesabına kiçik təsərrüfatları yaradılıb. Bu proses davam edir və ilin sonunadək daha bir qrup belə ailənin özünüməşğulluq proqramı üzrə mal və materiallarla təmin edilməsi nəzərdə tutulur.
banner

Oxşar Xəbərlər