• cümə, 26 Aprel, 13:39
  • Baku Bakı 23°C

10 yaşlı oğlan orduya yardım etdi

22.08.14 12:07 891
10 yaşlı oğlan orduya yardım etdi
Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, o, pulu planşet almaq üçün yığıb, amma sonra zirehli gödəkcə alınması üçün orduya bağışlayıb. Taras pulu terror əleyhinə əməliyyatlarda iştirak edən döyüşçülərə yardım kampaniyası təşkil edən yerli radiostansiyanın studiyasına gətirib.
Oğlan yazdığı məktubunda qeyd edib ki, 1300 qrivnanı qohumları ad günündə hədiyyə ediblər, o isə Ukrayna hərbçiləri üçün zirehli gödəkcə alınması üçün verməyi qərara alıb. Taras deyib ki, pula planşet almaq istəyib:
“Düşündüm ki, mən planşetsiz də keçinə bilərəm, amma hərbçilərimizə zirehli gödəkcə lazımdır, bu gödəkcələr olmasa onlar ölə bilərlər”.
banner

Oxşar Xəbərlər