10 yaşlı Messi 9 yaşlı Antonello ilə çimərlikdə
"Barselona”nın
futbolçusu Lionel Messinin həyat yoldaşı Antonello Rokuttso ilə uşaqlıq şəkilləri
yayılıb.
Kaspi.az xəbər
verir ki, şəkli Argentina qəzetlərindən biri yayıb və dərhal da sosial şəbəkədə
böyük marağa səbəb olub.
Şəkildə Leo 10,
Antonello isə 9 yaşdadır. Şəkil Mar-del-Plata sahillərində çəkilib. Həmin vaxt
Messi "Nyuells Old Boys”un uşaq komanadası ilə turnirdə iştirak edirmiş.
Boş vaxt tapan Leo
çimərliyə baş çəkib. Messinin həmklubu Lukas Skalya da əmisi qızı Antonelli ilə
birgə ora gəlib.