AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

10 nəfəri Ədliyyə Nazirliyindən çıxardılar

10 nəfəri Ədliyyə Nazirliyindən çıxardılar

Təfsilat
07 Dekabr 2012, 09:16 1324
İşdə yol verdiyi nöqsanlara görə 10-dək icra məmuru işdən çıxarılıb. Ədliyyə Nazirliyindən Modern.az-a verilən məlumata görə, bəzi icra məmurları tərəfindən vəzifə borclarına laqeyd münasibət bəslənilməsi, əmək və icra intizamının, etik davranış qaydalarının pozulması halları, bir sıra yerli qurumlarda icra tədbirlərinin vaxtında həyata keçirilməməsi, icra ödənişlərinin alınmasında nöqsanlar və digər çatışmazlıqlar müəyyən olunub.

Ədliyyə Nazirliyində məhkəmə qərarlarının icrası vəziyyətinin müzakirəsinə həsr olunmuş geniş kollegiyada qanun pozuntuları və kobud nöqsanlara yol verdiklərinə görə icra xidmətinin bir sıra əməkdaşı ciddi intizam məsuliyyətinə cəlb edilib, o cümlədən 10-dək işçi tutduğu vəzifədən azad olunub və ya ədliyyə orqanlarından xaric edilib, fəaliyyətin təkmilləşdirilməsi üzrə konkret tapşırıqlar verilib.

Bu ilin 9 ayında 114 mindən çox məhkəmə qərarının icrası təmin edilib, hüquqi və fiziki şəxslərə 70 milyon manat vəsait ödətdirilib, icradan yayınan 1200-dən çox şəxs inzibati məsuliyyətə cəlb olunub, 2400-ə yaxın borclu şəxsin ölkədən getmək hüququ məhdudlaşdırılıb, 170-dən çox şəxs barəsində cinayət işi başlanıb.