• cümə, 29 Mart, 09:50
  • Baku Bakı 5°C

10 min dollardan artıq vəsait şəxsiyyət vəsiqəsilə alınacaq

14.10.16 20:27 1246
10 min dollardan artıq vəsait şəxsiyyət vəsiqəsilə alınacaq
Azərbaycanda"Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”nda dəyişiklik edilib. Mərkəzi Bankın bu qərarı oktyabrın 13-dənetibarən qüvvəyə minib.Qərarfiziki və hüquqi şəxslərin mülkiyyətində olan xarici valyuta vəsaitlərinin dövriyyəyə qayıtmasını asanlaşdırmaq məqsədi daşıyır.
Yeni qərarla şəxsiyyəti təsdiq edən sənəd əsasındamüştəridən 10 000 ABŞ dollarına ekvivalent məbləğdən artıq alınmasına icazə verilib.
Qərara əsasən, Mərkəzi Bankın İdarə Heyətinin2015-ci il 29 dekabr tarixli 44/1 nömrəliQərarı ilə təsdiq edilmiş "Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”nın 8.5-ci bəndi aşağıdakı redaksiyada verilib:"8.5. Mübadilə şöbəsində nağd xarici valyutanın və xarici valyutada yol çeklərinin bir müştəriyə 500 (beş yüz) ABŞ dollarına ekvivalent məbləğdən artıq satılması, habelə bir müştəridən 10000 (on min) ABŞ dollarına ekvivalent məbləğdən artıq alınması şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılır.”
Qeyd edək ki, əvvəlki qərara əsasən, mübadilə şöbəsində bir müştəridən 500 dollaraekvivalent məbləğdən artıq alış əməliyyatı şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılırdı.
banner

Oxşar Xəbərlər