• cümə axşamı, 25 aprel, 04:24
  • Baku Bakı 19°C

10 milyonuncu sakininin ailəsinə mənzil hədiyyə edildi

09.04.19 13:33 611
10 milyonuncu sakininin ailəsinə mənzil hədiyyə edildi
Azərbaycanın 10 milyonuncu sakininin hesabına vəsait köçürülüb, ailəyə mənzil hədiyyə edilib.
Trend-in məlumatına görə, bu gün Azərbaycan Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birgə Respublika Perinatal Mərkəzinə gələrək 10 milyonuncu sakin Mehriban Həsənovanın valideynləri Rauf Həsənov və Nigar Ocaqovaya ilə görüşüb. Görüşdə Mehriban Həsənovanın hesabına vəsait köçürüldüyü bildirilib və sertifikat təqdim olunub.
Bundan başqa, uşağın valideynlərinə dövlət tərəfindən mənzil hədiyyə olunub. Onlara mənzilin çıxarışı və hədiyyələr də təqdim edilib.
banner

Oxşar Xəbərlər