• cümə axşamı, 28 mart, 20:31
  • Baku Bakı 13°C

10 gün əvvəl itkin düşən tələbənin meyiti tapıldı

26.11.13 07:52 1077
10 gün əvvəl itkin düşən tələbənin meyiti tapıldı
Bakıda itkin düşən tələbənin meyiti tapılıb.
Yaxınlarının APA-ya verdiyi məlumata görə, noyabrın 16-da itkin düşən, Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi Asim Məmmədovun meyiti Dənizkənarı Milli Park ərazisində aşkar edilib. Onun ölümünün səbəbləri hələlik məlum deyil.
Qeyd edək ki, A. Məmmədov noyabrın 16-da evdən internet kluba getmək adı ilə çıxıb, bir daha geri qayıtmayıb.
A. Məmmədov mobil telefonunda “Mən belə yaşaya bilmərəm. Məni bağışlayın” yazıb və yazının üstünə tabut şəkli yerləşdirib.
Onun yaxınları Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə ərizə ilə müraciət edib.
banner

Oxşar Xəbərlər