• cümə, 19 Aprel, 12:44
  • Baku Bakı 25°C

1 MB internet = 1 qəpik indi Rusiyada!

19.07.16 16:34 863
1 MB internet = 1 qəpik indi Rusiyada!
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti 1 MB = 1 qəpik kampaniyasının aktiv olduğu ölkələrin siyahısına Rusiyanı da əlavə edib. Rusiyada səfərdə olan Bakcell abunəçiləri Meqafon mobil operatoruna qoşulduqda hər MB üçün cəmi 1 qəpik ödəyərək yüksəksürətli internetdən istifadə edə biləcəklər. Bu təklifdən yararlanmaq üçün abunəçilər sadəcə *125#1000#YES yığaraq rouminq internet paketini aktivləşdirməlidirlər.
Hazırda dünyanın 21 ölkəsində olan abunəçilərimiz bu imkandan yararlana bilirlər. Həmin ölkələrin siyahısı belədir: Türkiyə, ABŞ, BƏƏ, Rusiya, Yunanıstan, Almaniya, Böyük Britaniya, Çexiya Respublikası, İspaniya, Macarıstan və s.
Bakcell getdikcə daha çox ölkədə abunəçilərinə ən sərfəli qiymətlə yüksəksürətli internet xidməti təklif etmək üçün rouminq tərəfdaşları ilə danışıqlar aparır.
Səfərdə olan Bakcell abunəçiləri "Bakcell Roaming” mobil tətbiqindən istifadə etməklə bütün tərəfdaş rouminq ölkələrində və operatorlarında zəng, SMS və internet qiymətləri və rouminq xidməti üzrə cari kampaniyalar haqqında bütün məlumatları əldə edə, eyni zamanda, Bakcell-lə onlayn əlaqə yaradaraq dəstək ala bilərlər. Bundan əlavə, abunəçilər bu tətbiq vasitəsilə öz nömrələrinin balansını asanlıqla artırırlar. "Bakcell Roaming” mobil tətbiqi haqqında daha ətraflı məlumat üçün bu linkə daxil olun: http://www.bakcell.com/az/bakcell-rouminq-ap
banner

Oxşar Xəbərlər