1-ci kurs tələbələri nəhayət təqaüdlərini ala biləcəklər

1-ci kurs tələbələri nəhayət təqaüdlərini ala biləcəklər

Təfsilat
17 Dekabr 2012, 13:48 1487
Bakı Dövlət Universitetinin birinci kurs tələbələri tezliklə təqaüdlərini ala biləcəklər. Bu barədə Modern.az-a universitetin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova deyib:

“Təqaüdlərin ödənilməsi məsələsində yalnız birinci kurslar üçün problem yaranmışdı. Yuxarı kurslar hər ay vaxtı-vaxtında təqaüdlərini alıblar. Universitetə bu il daxil olan tələbələrin sayı 2500 nəfərdən artıqdır. 2500 tələbəyə kart düzəlmə mərhələsi bir az gec başa gəldiyinə görə, müəyyən problem yaranıb. Amma dekabrın 24-25-də tələbələr öz təqaüdlərini ala biləcəklər”

Qeyd edək ki, tədris ili başlanandan universitet tələbləri təqaüdlərini ala bilmirdilər.