1/8 finalın bütün cütlükləri bəlli oldu

1/8 finalın bütün cütlükləri bəlli oldu

İdman
24 Oktyabr 2012, 16:29 1086
Oktyabrın 24-də Azərbaycan kubokunda 1/16 final mərhələsinin növbəti oyunları keçirilib. İkinci oyun günündə daha 4 qarşılaşma baş tutub.
“Tərəqqi” öz meydanında “Ağsu”nu 3:1, “Qaradağ Lökbatan” “Lokomotiv”i 7:0 məğlub edib.
Doğma meydanda "Bakılı" ilə qarşılaşan MOİK rəqibinə 3:1 hesabı ilə qalib gəlib. Səfərdə “Şuşa”nın qonağı olan “Neftçala” rəqibini tək qolla keçib - 1:0.
Qeyd edək ki, iki gün öncə səfərdə "Qala" ilə qarşılaşan Gəncənin "Kəpəz" klubu rəqibini 4:2 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlmişdi.

24 oktyabr (çərşənbə)

Azərbaycan kuboku, 1/16 final

15:00. “Tərəqqi” – “Ağsu” - 3:1
Qollar: Orxan Babayev, 39 (1:0), 50 (2:0), Nicat Tağıyev, 87 (2:1), Azər Səfərli, 88 (3:1)

15:00. “Qaradağ Lökbatan” – “Lokomotiv” - 7:0
Qollar: Novruz Ələkbərov, 14 (1:0), 62 (3:0), 68 (4:0), Mehdi Mehdiyev, 56 (2:0), Rüfət Məmmədov, 73 (5:0), Ruhid Usubov, 76 (6:0), 78 (7:0)
15:00. MOİK – “Bakılı” - 3:1
15:00. “Şuşa” – “Neftçala” - 0:1
Qol: Elnur Abbasov, 59 (0:1)

22 oktyabr (bazar ertəsi)

“Qala” – “Kəpəz” - 2:4
Qollar: Yuri Fomenko, 2 (0:1), 13 (0:2), 59 (0:4), Bəxtiyar Soltanov, 45 (0:3), Bəxtiyar Fəzai, 81 (1:4), 85 (2:4)
Zirə qəsəbə idman kompleksinin stadionu.

1/8 final

28 noyabr (çərşənbə)


AZAL - “Simurq”
“Tərəqqi” - “Neftçi”
“Qəbələ” – “Qaradağ Lökbatan”
”Kəpəz” - “Qarabağ”
“Bakı” - “Sumqayıt”
MOİK - “İnter”
“Rəvan” - “Neftçala”
”Turan” - “Xəzər Lənkəran”