0:7-ni bağışlamadılar, istefaya göndərdilər
"Şalke” rəhbərliyi
Çempionlar Liqasının 1/8 finalında "Mançester Siti” ilə keçirilən cavab
qarşılaşmasındakı 0:7 hesablı biabırçı məğlubiyyəti həzm edə bilməyib.
Kaspi.az xəbər
verir ki, rəhbərlik bu məğlubiyyətdən sonra baş məşqçi Domeniko Tedeskonu
istefaya göndərib. Onun yerinə müvəqqəti olaraq Hub Stevenes təyin olub.
Hub 1996-2002,
2011-2012-ci illərdə "Şalke”ni çalışdırıb. "Şalke” Tedeskonun rəhbərliyi
altında son 5 oyunda 4 qol vurub, 21 qol buraxmışdı.